“Qarabağ”a vurulan qol TOP-10-a düşüb

UEFA 2018/19 mövsümünün ən yaxşı qoluna namizədləri müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, geridə qalan yarışmada 10 talib var. Bu, futbol qurumunun xüsusi mütəxəssisləri tərəfindən seçilib. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə avqustun 9-na qədər davam edəcək.

Mövsümün 10 ən yaxşı qolunun müəllifləri arasında Lionel Messi, Kristiano Ronaldo, Danilo, David Faupala, Enso Milyo, Nani, Pedro Rodriqez, İvan Rakitiç, İsmaila Sarr və Katerina Svitkova yer alıb.

Danilo (PORTUQALİYA – Serbiya 1:1)
AÇ-nin seçmə mərhələsi, 2-ci tur, 25.03.2019

David Fopala (“APOLLON” – “Latsio” 2:0)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018

Lionel Messi (“BARSELONA” – “Liverpul” 3:0)
Çempionlar Liqası, yarımfinal, 01.05.2019

Enso Milyo (FRANSA – Çex Respublikası 6:1)
17 yaşlıların Avropa çempionatı, 1/4 final, 12.05.2019

Nani (“Qarabağ” – “SPORTİNQ” 1:6)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018

Pedro Rodriqes (“ÇELSİ” – “Slaviya” 4:3)
Avropa Liqası, 1/4 final, 18.04.2019

İvan Rakitiç (“Tottenhem” – “BARSELONA” 2:4)
Çempionlar Liqası, qrup mərhələsi, 03.10.2018

Kristiano Ronaldo (“YUVENTUS” – “Mançester Yunayted” 1:2)
Çempionlar Liqası, qrup mərhələsi, 07.11.2018

İsmaila Sarr (“RENN” – “Yablonets” 2:1)
Avropa Liqası, qrup mərhələsi, 20.09.18

Həmin kateqoriyadan