“Qarabağ”dan 1 ulduz

Məlum olduğu kimi, “Qarabağ” futbol klubu ölkə çempionatlarında ardıcıl 4-cü, cəmdə 5-ci dəfə çempion olub. Allsport.az saytı xəbər verir ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” bu təcrübədən yararlanaraq, loqo üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

“Köhlət atlılalar”ın loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidir. Klub dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib.

Həmin kateqoriyadan