“Qarabağ”dan abituriyentlərə pulsuz bilet

Abituriyentsən? Bir il ərzində həyəcanla bu günü gözləmisən? İmtahan stresinin atmağının tək yolu var. İmtahandan sonra “Qarabağ”a stadionda dəstək verib, komandamızın qələbə təntənəsini qeyd etməklə…

Necə? Sadəcə, imtahana buraxılış və şəxsiyyət vəsiqəsiylə bu gün saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşaraq, iyulun 18-i saat 21:00-da start götürəcək “Qarabağ”ımızın “Olimpiya”yla matçına pulsuz bilet əldə et!

Bəli, düz oxudunuz! Sadəcə buraxılış və şəxsiyyət vəsiqəsiylə “Qarabağ”ımızı dəstəkləmək üçün əla fürsət!

QEYD: Aksiya iyulun 18-i keçirləcək ali təhsil müəssisələrinə I və IV qrupları üzrə imtahan verən abituriyentlərə şamil olunur. Aksiya 18 iyul, saat 17:00-a qədər davam edəcək.

Həmin kateqoriyadan