“Qarabağ”dan növbəti ilk

Çempionlar liqasının 3-cü təsnifat mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri bu gündən etibarən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, görüşə böyük marağı nəzərə alan meydan sahbləri azarkeşlərin qısa zaman kəsiyində asanlıqla biletlərini əldə etməsini düşünərək, daha bir ilk edib.

Rəqib sraqagün məlum olduğuna görə, sözügedən matçın cəmi 6 gün sonra keçiriləcəyini nəzərə alan klubumuz önləyici tədbirlər görüb. Moldova klubu ilə oyunun biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərimizin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq. Artıq ilk gündə təxminən 5 min bilet satılıb.

Həmin kateqoriyadan