“Qarabağ”dan növbəti xallar

Çempionlar liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, yeni əmsalda Azərbaycan hesabına növbəti xallar yazılıb.

Buna “Qarabağ”ın dünən “Viktoriya” (Plzen) ilə qolsuz heç-heçə etməsi səbəb olub. Xal ehtiyatını 0,125 artıran Odlar yurdu, cari mövsümdə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdırıb.

Azərbaycan hazırda reytinq siyahısında 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Həmin kateqoriyadan