”Kəhər atlar” klublar çempionuna da kişnədi! ”Zadəganlar” Bakıda sülhə məcbur oldu!

”Kəhər atlar” klublar çempionuna da kişnədi! ”Zadəganlar” Bakıda sülhə məcbur oldu!

“Qarabağ” çempionlar liqasının IV  turunda evdə “Çelsi” ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadiondakı oyun 2:2 hesablı heç-heçə ilə bitib.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca “kəhər atlar” 2 qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib.

İkinci hissədə “zadəganlar” məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm çempionlar liqasının əsas mərhələsində xallarının sayını 7-ə çatdırıblar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də İtaliyada “Napoli”nin qonağı olacaq.

Həmin kateqoriyadan