“Qarabağ”dan rekord: 3 müxtəlif liqa və ardıcıl 8-ci avrokubok

“Qarabağ”ın avrokuboklarda uğur zolağı davam edir. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə yeni yaradılan konfrans liqasının qrupuna adlayıb. Qitəmiqyaslı turnirlərdəki ən yaxşı təmsilçimiz, ardıcıl 8-ci dəfə əsas mərhələsində oynayacaq.

“Köhlən atlar” 3 müxtəlif liqada qrupa yüksəlməklə, nəinki Azərbaycan, dfünya futbolunda rekordçulardan olub. 2017/18 mövsümündə çempionlar liqasının qrupunda mübarizə aparıb.

2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində 2-ci dərəcəli klub turnirində – Avropa liqasında əsas raundda çıxış edib. 8-ci cəhd isə, yeni yaradılan və 3-cü kateqoriyalı konfrans liqası olacaq.

 

Həmin kateqoriyadan