- Baxış sayı: 16
- 09 Noyabr 2026 16:37
- Baxış sayı: 100
- Noyabr 09, 2026
- 0

“Qarabağ”la yolunu ayıran İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu rəsmən müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, o, gözlənildiyi kimi, “Valur”a keçib.
Təcrübəli qolkiper Reykyavik təmsilçisinə azad agent kimi keçib. O, aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcək.
Hannes ötən ilin iyulunda “Qarabağ”la keçib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.