““Qarabağ”ı idarə edənlər və baş məşqçi Qurban Qurbanov Azərbaycan tarixində qalacaq insanlardır”

“Qarabağ” futbol klubu KİV ilə görüşdü. Allsport.az xəbər verir ki, toplantıda mətbuat şurasının rəhbəri Rəşad Məcid də iştirak etdi. O, Ağdam komandasının Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməsinin önəmini xatırlatdı:

““Qarabağ”ın gördüyü işlər, xidmətlər hörmətə, ehtirama layiqdir. Klub rəhbərliyi, onu idarə edənlər, əfsanə olan baş məşqçi Qurban Qurbanov Azərbaycan tarixində qalacaq insanlardır. 2009-cu il iyulun 23-də “Qarabağ” “Rusenborq”u qəbul edirdi. Səfərdə 0:0 hesabı qeydə alınmışdı.

Cavab görüşü Ağdamın işğalı gününə təsadüf edirdi. Həmin vaxt demişdim ki, 1:0 udacağıq, qolumu da adaşım Rəşad Sadıqov vuracaq. Belə də oldu. “Qarabağ”ın o vaxtdan başlayan irəliləyişi, qələbələri bizi sevindirdi, özünəinam hissi yaratdı. “Qarabağ”ın təbliğatı heç milyonlarla təbliğata qoyulan vəsait edə bilməz.

Dünyanın ən böyük şəhərlərinin komandaları ilə oynayırdı. “Roma”, “Çelsi”, “Atletiko” ilə birlikdə “Qarabağ” da var idi. Dünən “Qarabağ” Avropada tanınmış, böyük maliyyəyə malik “Molde”ni məğlub etdi. Zəfərimizə ən yaxşı töhfələrdən oldu”.

Həmin kateqoriyadan