“Qarabağ”ın 20-ci qələbəsi

Hər oyun özü ilə maraqlı statistika da gətirir. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln” ilə görüşü də, bu mənada, istisna olmayıb.

** “Linkoln” – “Qarabağ” oyunu ilə Azərbaycan klubları üçün 28-ci avrokubok mövsümü başlandı;
** Bu görüşlə Ağdam təmsilçisi 20-ci avrokubok mövsümünə start verdi;
** “Linkoln” üzərində qələbə futbol klublarımızın qitə turnirlərində ümumilikdə 125-ci qalibiyyəti oldu;

** Cəbəllütariqdəki oyunun 90+4-cü dəqiqəsində Yassin Benzianın vurduğu qol futbolçularımızın çempionlar liqasında ümumilikdə 100-cü qolu kimi tarixə düşdü;
** “Qarabağ”ın əlcəzairli legionçusu Yassin Benzia həmçinin Ağdam klubunun ÇL-də 60-cı qolunun müəllifi oldu;

** “Linkoln”u məğlub etməklə, “Qarabağ” UEFA çempionlar liqasında 20-ci qələbəsini qazandı;
** Cəbəllütariq klublarımızın qitə turnirlərində üz-üzə gəldiyi 50-ci ölkə oldu (“Qarabağ” avrokuboklarda 39 ölkənin təmsilçiləri ilə qarşılaşıb).

Həmin kateqoriyadan