“Qarabağ”ın “Braziliya qruplaşması” Leroy Corcu sıxışdırıb

Leroy Corc ölkə çempionatının 14-cü turunda Zaqatalada 2 dəfə fərqləndi. Allsport.az saytı xəbər verir ki, bu qollar “Qarabağ” klubunun 3 ildən sonra “Simurq”u səfərdə məğlubiyyətə uğratmasını təmin etdi. Niderlandlı yarımmüdafiəçi son vaxtlar göstərdiyi oyunla Qurban Qurbanova nə qədər lazım olmasını göstərdi. Qaradərili legioner baş məşqçisindən məmnundur. Amma onu narahat edən məqamlar da yox deyil.

Sportinfo.az-in məlumatına görə, Leroy komandanın “Braziliya legionu”undan gileylidir. Hollandiyalı bu barədə öz yaxınlarına şikayətlənib. “Simurq”un qənimi bildirib ki, Riçard Almeyda və Reynaldunun ona münasibətinin yaxşı olmamasını hiss edib.

Çumbinyu və Danilo Diasın da yerlilərinə qoşulması, Leroyun qayğısının üstünə qayğı gətirib. Yarımmüdafiəçi digər legionerlərə nisbətən az oynamasının, tez-tez əvəzlənməsinin səbəbini cənubi amerikalılarda görür. Corc deyib ki, oyun vaxtı “sambaçılar”dan ötürmə görmür, görəndə də atmacalara məruz qalır.

Həmin kateqoriyadan