“Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırılıb

Çempionlar liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın “Dandalk”la 2-ci ələməsinin cavab görüşünün hakimləri müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, oyunu Norveçdən olan briqada idarə edəcək. Baş referi Sven Oddvar Moendir. Ona Maqnus Lundberq və İsak Elias Skeset Başevkin kömək edəcək. 4-cü hakim Siqurd Krinqstaddır.

Əvəz oyunu avqustun 31-də “Dalğa arena”da olacaq. İrlandiyadakı ilk oyun bu gün saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan