“Köhlən atlılar”ın çempionlar liqasında oynayacaq heyəti müəyyənləşib

Çempionlar liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov heyətə 25 oyunçunun adını daxil edilib. Onların sırasında komandanın son 3 transferi də var.
Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç
Müdafiəçilər: 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak (Kuba), 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Hücumçular: 9.Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev

Həmin kateqoriyadan