“Qarabağ”ın ev oyunları Türkiyədə!

“Qarabağ” qitə liqasının 2-ci turunda İspaniyanın “Vilyarreal”la ev oyununu Türkiyədə keçirəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA-dan gələn məlumatda bildirilir. Hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib.

Məlum olduğu kimi, iki gün öncə UEFA iraiyyə komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, “Qarabağ”ın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və “Vilyarreal”la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə kluba təqdim edilmişdir.

Lakin həmin ölkələrdə klubun təhlükəsizliyi, kluba qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klub tərəfindən anında UEFA-ya məlumat verilib və “Vilyarreal”la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidi. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klub tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubuun məktubuna “Stadionumuz hər zaman “Qarabağ”ın  xidmətindədir” cavabını göndərib. Başda “Qalatasaray” olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “İstanbul Başakşehir” klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə “Qarabağ” “Vilyarreal”la ev matçını məhz “Başakşehir”in Fateh Tərim adına stadionunda keçirəcək.

Həmin kateqoriyadan