YENİLƏNİB
“Qarabağ” Fransa klubu ilə səfərdə də heç-heçə etdi

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion “Qarabağ” da növbəti sınağına çıxıb.

“Qarabağ” bu dəfə Sent-Etyendə Fransanın eyni adlı klubunun qonağı olub. Qarşılaşmada hesabı təmsilçimiz açsa da, meydan sahibləri buna dərhal cavab veriblər. Qalan dəqiqələrdə qol vurulmayınca, görüş sülhlə bitib.

Qrupun digər oyununda isə İtaliya “İnter”i Ukrayna “Dnepr”ini qəbul edib. Həmin oyunda da “Qarabağ”a sərf edən nəticə qeydə alınıb. Belə ki, italyanlar 2:1 hesabıyla üstün olublar.

Avropa Liqası
F qrupu
27 noyabr

Sent-Etyen – Qarabağ 1:1 (1:1)
Qollar: V.Nadirov, 15 (0:1). V.Volfsvinkel, 21 (1:1).
Sarı vərəqə: L.Corc, 48. M.Medvedev, 74. F.Lemuan, 90+3.
Hakimlər: Kristin Yakobsson, Siqurdur Torleyfsson, Qunnar Qunnarson, Mar Siqurdsson.
Əlavə köməkçi hakimlər: Toroddur Hyaltalin, Torvaldur Arnason (hakimlər İslandiyadandır).
Sent-Etyen. “Stade Geoffroy-Guichard” stadionu.

Sent-Etyen: 16. Stefan Ruffye, 2. Kevin Teofil-Katren, 20. Jonatan Brizon, 26. Mustafa Bayal Sall, 6. Jeremi Kleman, 10. Reno Kohad (11. Yoan Mollo, 67), 18. Fabyen Lemuan, 24. Loik Perrin (k), 7. Maks-Alen Qradel, 13. Riki van Volfsvinkel (19. Florentin Poqba, 90+2), 21. Romen Hamuma (22. Kevin Monnet-Pake, 63).
Ehtiyat oyunçular: 30. Jessi Mulin, 23. Pol Bess, 8. Benjamin Kornye, 28. İsmael Diomand.
Baş məşqçi: Kristofer Qaltye.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov (24. Admir Teli, 76), 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc (18. İlqar Qurbanov, 62), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 79).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 33. Şəhriyar Əliyev, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan