“Qarabağ”ın futbolçuları liderlər arasında

Konfrans liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Allsport.az xəbər verir ki, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ”ın futbolçuları da yer alıb.

Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib.  Hər iki futbolçu konfrans liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. 

Həmin kateqoriyadan