“Qarabağ”ın futbolçusu həftənin rəmzi komandasında

Avropa liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandası açıqlanıb.

Allsport.az xəbər verir ki, həftənin “11-liy”ini “Sofascore” tərtib edib.

Almaniya “Bayer-04”ü ilə qarşılaşan “Qarabağ” da “11-lik”də təmsil olunub. Yassin Benzia rəmzi komandaya daxil edilib. O, 2:2 hesabı ilə basan çatan görüşdə ilk qolun müəllifidir.

Qapıçı: Noa Atubolu (“Frayburq”);

Müdafiəçilər: Ndiçka, Şansel Mbemba (“Marsel”), Canluka Mançini (“Roma”);

Yarımmüdafiəçilər: Yassin Benzia (“Qarabağ”), Stefan El-Şaravi (“Roma”), Aleksis Makallister (“Liverpul”), Anhel di Mariya (“Benfika”);

Hücumçu: Pyer-Emerik Obameyanq (“Marsel”), Canluka Skamakka (“Atalanta”), Darvin Nunyes (“Liverpul”).

Həmin kateqoriyadan