- Baxış sayı: 31
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ”ın konfrans liqasının pley-off mərhələsində “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq. Allsport.az xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
UEFA konfrans liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.