“Qarabağ”ın itirdiyi milyonlar

Çempionlar liqasının III ələməsində Norveçin “Mölde” klubuna uduzan “Qarabağ” mübarizəni Avropa liqasında davam etdirəcək. Allsport.az xəbər verir ki, komandamız bu mərhələyə kimi irəlilədiyi üçün, UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

Çempionlar liqasının pley-offuna yüksələn “Mölde” isə büdcəsini daha 7 milyon avro zənginləşdirib. Norveç təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubu ilə mübarizədə ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

“Qarabağ” Avropa liqasının qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

Qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro qazanır.

Həmin kateqoriyadan