“Köhlən atlar”ın “hərbçilər”lə oyun üçün iştirak ərizəsi

Avropa liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşacaq “Qarabağ” matç üçün iştirak ərizəsini UEFA-ya göndərib. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi 23 futbolçu sifariş edib.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye;
Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.

Oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan