“Qarabağ”ın məşqçiləri bir əskiklə qayıdır

“Qarabağ”ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya işgüzar səfərə yollanmışdı. Allsport.az xəbər verir ki, Ağdam klubunun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətənində “Ayaks”, PSV, “Utrext” kimi klubların futbol akademiyalarında təlim keçiblər.

Bu gün isə komandanın məşqçiləri vətənə qayıdırlar. Amsterdam – İstanbul – Bakı reysi ilə vətənə qayıdan “Qarabağ”lılar hazırda İstanbuldadır.

Ağdam klubunun 17 yaşlılar üzrə ibarət komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin Hollandiyada səfəri zamanı səhhətində problem yarandığını və əməliyyat keçirdiyini xəbər vermişdik. Artıq mütəxəssisin səhhəti yaxşıdır və Bakıya qayıdacağı tarix də məlum olub. Belə ki, məşqçi yanvarın 23-də Bakıya qayıdacaq.

Həmin kateqoriyadan