- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Mölde” (Norveç) oyununun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Srdyan Yovanoviç olacaq. Ona yerliləri – Uroş Stoykoviç və Milan Mihayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Novak Simoviç yerinə yetirəcək.
Sentyabrın 16-da Kiprin Larnaka şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.