“Qarabağ”ın mümkün rəqibləri məlum oldu

“Qarabağ”ın mümkün rəqibləri məlum oldu

“Qarabağ”ın çempionla liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində “Şelburn”u keçəcəyi təqdirdə, “Şkendiya” – FCSB cütünün qalibi ilə üz-üzə gələcək.

İlk oyun 5-6 avqustda səfərdə, cavab görüşü 12 avqustda evdə keçiriləcək.

“Qarabağ”la “Şelburn” arasında ilk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.

Həmin kateqoriyadan