“Qarabağ”ın oyunlarının təqvimi

Avropa liqasının “H” qrupunda oyunların təqvimi bəlli olub.

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın yer aldığı qrupda oyunlar sentyabrın 21-ində başlayacaq və dekabrın 14-ündə sona yetəcək.

“Köhlən atlar” ilk matçda paytaxtda Norveçin “Molde” klubunu qəbul edəcək.

21 sentyabr, 1-ci tur

“Qarabağ” – “Molde” (Norveç)

“Bayer” (Almaniya) – “Hekken” (İsveç)

5 oktyabr, 2-ci tur

“Molde” – “Bayer”

“Hekken” – “Qarabağ”

26 oktyabr, 3-cü tur

“Bayer” – “Qarabağ”

“Molde” – “Hekken”

9 noyabr, 4-cü tur

“Qarabağ” – “Bayer”

“Hekken” – “Molde”

30 noyabr, 5-ci tur

“Hekken” – “Bayer”

“Molde” – “Qarabağ”

14 dekabr, 6-cı tur

“Bayer” – “Molde”

“Qarabağ” – “Hekken”

Qrupun qalibi birbaşa 1/8 finala, 2-inci yeri tutan 1/16 finala vəsiqə qazanacaq. Qrup 3-cüsü konfrans liqasının 1/16 finalında oynamaq hüququna yiyələnəcək.

Həmin kateqoriyadan