- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

UEFA konfrans liqasının qrup mərhələsində “Qarabağ”ın Kipr “Omoniya”sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:
Baş hakim: Morten Krox
Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen
4-cü hakim: Yorgen Dauqberq Burxardt
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.