“Qarabağ”ın oyunu yenə 1-ci oldu

UEFA çempionlar liqasının 2-ci təsnifatının ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib. Bakıda keçirilən “Qarabağ” -“Sürix” (İsveçrə) görüşü bu göstəricidə 1-ci olub. Matça 30 782 fanat stadiondan baxıb.

“Köhlən atlar” ev oyununda 3:2 qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək. Xatırladaq ki, “Bir Azərbaycanlılar”ın ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə keçirdiyi hər 2 oyun da ən çox tamaşaçı toplayan görüşlər olmuşdu.

Həmin kateqoriyadan