“Qarabağ”ın oyununa görə metro 01:00-a kimi işləyəcək

“Qarabağ” klubu, konfrans liqasının 1/16 finalında “Marsel” ilə cavab görüşünün gec saatlarda başlaması ilə əlaqədar, “Bakı metropoliteni”nə iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Allsport.az saytı xəbər verir ki, oyunun Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədi ilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Qarabağ” – “Marsel” (Fransa) matçı saat 21:45-də başlayacaq.

Həmin kateqoriyadan