- Baxış sayı: 42
- 24 İyun 2026 00:51
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının III təsnifat mərhələsinin Şimali Makedoniya “Şkendiya”sına qarşı keçirəcəyi cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 14 500 bilet satılıb.
Avqustun 12-də keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
“Qarabağ” – “Şkendiya” oyunu saat 20:00-da start götürəcək.