- Baxış sayı: 61
- 17 Aprel 2024 19:35
- Baxış sayı: 52
- Aprel 17, 2024
- 0
Bakıda “Qarabağ” və Kiprin “Omoniya” klubları arasında UEFA konfrans liqasının qrup oyunu danimarkalı FIFA referisi Morten Krox üçün əlamətdar olacaq.
Allsport.az xəbər verir ki, 33 yaşlı baş hakim karyerası ərzində ilk dəfə avrokubokların qrup matçında ədaləti təmsil edəcək.
Ona yan xətt hakimləri Nils Höq və Şteffen Bramsen köməklik göstərəcək. 4-cü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.