- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Konfrans liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, matçı Moldova futbol federasiyasından Dumitri Muntyan idarə edəcək. Ona Andrey Bodyan və Viktor Mardari köməklik göstərəcək. 4-cü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.
Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.