“Qarabağ”ın prezidenti komanda ilə görüşüb

Konfrans liqasında AEL-lə oynanılacaq cavab matçı ərəfəsində “Qarabağ”ın prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, son məşq ərəfəsində avrokubok ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, Tahir Gözələ yeni transferlərimiz haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandamızın gücünə güc qatacaqlarına inandığını deyib. Başqan “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

Tahir Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandamıza uğurlar arzulayıb, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək strategiyamızla bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.

Həmin kateqoriyadan