- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.
Allsport.az xəbər verir ki, 27 yaşlı qolkiperin konfrans liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.
Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.
“Kayrat” – “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
