“Qarabağ”ın rəhbərliyi, məşqçiləri həmişə özlərini çox ləyaqətlə aparırlar”

“Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” klubu ilə görüşdə deyib. O, güclü insanın həmişə özünü nizamlı apardığını, həmişə gücünü lazım olan halda işə saldığını və bunu alqışladığını qeyd edib:

“Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.

Həmin kateqoriyadan