“Qarabağ”ın rəqibi Avropa liqasını qazandı

Avropa liqasında final oyunu keçirilib. Allsport.az xəbər verir ki, həlledici matçda İspaniya “Vilyarreal”ı İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gəlib.

Polşanın Qdansk şəhərində keçiriləcən görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Penaltilər seriyasında isə “Vilyarreal” üstün olub – 11:10. Bu, “sarı sualtı qayığ”ın ilk belə uğuru olub. Komandanın baş məşqçisi Unay Emeri isə Avropa liqasında 5-ci finalında 4-cü çempionluğunu qazanıb.

“Vilyarreal” qrup mərhələsində “Qarabağ”la qarşılaşmış və 3:1 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan