“Qarabağ”ın rəqibi derbidə heç-heçəyə razılaşdı

Futbol üzrə İtaliya çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan “İnter” də növbəti matçına çıxıb.

Sözügedən komanda Milan derbisində sözügedən şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb – 1:1. “İnter” 23-cü dəqiqədə hesabda geri düşsə də, Obi 61-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.

Qeyd edək ki, “İnter” hazırda 17 xalla 9-cu yerdə qərarlaşıb.

Həmin kateqoriyadan