“Qarabağ”ın rəqibi Portuqaliya klubunun müdafiəçisi ilə güclənib

Çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ”ın rəqibi olan Gürcüstanın “Samtredia” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, qonşu ölkə çempionu Portuqaliyanın “Mirandela” klubunda çıxış edən müdafiəçi Bakar Baldeni transfer edib.

Qvineya-Bisau yığmasının da şərəfini qoruyan sol cinah müdafiəçisi ilə müqavilə imzalanıb. “Samtredia” rəsmi saytı vasitəsilə 3 futbolçusunun komandanı tərk etdiyini də açıqlayıb. Bunlar qapıçı Nika Dauşvili, hücumçu David Çaqelişvili və rusiyalı forvard Konstantin Belovdur.

Həmin kateqoriyadan