“Qarabağ”ın rəqibi uduzdu

“Köhlən atlar”ın avroliqanın pley-off mərhələsindəki rəqibi “Braqa” ölkə çempionatında “Porto” ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi bu görüşdə 0:2 hesabı ilə məğlub olub.

“Braqa” hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” matçı fevralın 15-də Portuqaliyada, 22-də isə Bakıda keçiriləcək.

Həmin kateqoriyadan