- Baxış sayı: 23
- 22 İyul 2026 23:35
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

UEFA Avropa liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarında baş vermiş intizam pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, “Derri Siti” – MOİK matçında baş verən hadisələrə görə Bolqarıstan klubu ümumilikdə 55 min avro cərimələnib.
MOİK azarkeşlərinin əşyalar atması, kütləvi iğtişaş törətməsi və stadiona ziyan vurmasına görə 30 min avro cərimə olunub. Bundan başqa, klubun azarkeşlərinə növbəti UEFA klub yarışının bir səfər oyununa bilet satışı qadağan edilib. Sofiya təmsilçisi həmçinin “Derri Siti” stadionuna vurulan ziyanı da ödəməlidir.
İrqçi və ayrı-seçkilik xarakterli davranışa görə MOİK daha 20 min avro cərimələnib. Bu səbəbdən azarkeşlər üçün nəzərdə tutulan əlavə bir səfər oyunu qadağası isə iki il müddətinə şərti tətbiq olunub.
Klub əməkdaşlarından birinin etik davranış qaydalarını pozmasına görə də MOİK-ə 5 min avro cərimə kəsilib.
“Derri Siti” də meydançaya azarkeş müdaxiləsi, əşyalar atılması və iğtişaşlara görə 20 min avro cərimə olunub. İrlandiya klubunun növbəti UEFA ev oyununda şimal tribunası qismən bağlanacaq. Bu cəzanın icrası isə iki il müddətinə şərti təxirə salınıb.
MOİK UEFA Avropa liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir.