- Baxış sayı: 40
- 24 İyun 2026 00:51
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Futbol üzrə Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Dnepr” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Donetsk “Metallurq”u ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. “Dnepr” hazırda 28 xalla 3-cü yerdə gedir. Qeyd edək ki, srağagün Ağdam təmsilçisinin digər rəqibi “İnter” səfərdə “Roma”ya 2:4 uduzmuşdu.