“Qarabağ”ın rəqibinə zərbə: Norveç çempionatı ləğv edildi!

Norveç futbol çempionatı 2-ci Cahan savaşından sonra, tarixində ilk dəfə ləğv olunub. Allsport.az saytı xəbər verir ki, COVİD-19 səbəbiylə Skandinaviyanın ən sərt tədbirlərin uyğulayan hökumət bir müddətdir daxili yarışın ləğvi barəsində müzakirələr aparırdı.

Nəhayət, “yuxarı”dan gələn açıqlama ilə 2020 kişilər arasındakı ölkə çempionatının ləvğinə qərar verildiyi, qadınlar arası çempionatın isə davam etdiriləcəyi elan edilib. Bu qərarla 2018-2019 ölkə çempionu “Mölde” titulunu növbəti mövsümə qədər özündə saxlamış olub.

Qeyd edək ki, “Qarabağ”ın rəqibi “Mölde” son oyununu 28 avqust tarixində səfərdə “Vikinq”ə 2:3 yenilib. Norveç çempionatında oynanılan 17 turdan sonra, verilən qərarla, “ağ-mavilər” 34 xalla lider Bodö/Glimt (44 xal, 16 tur) klubunun 10 xal gerisində 2020 “Eliteserien”lə vidalaşmalı olub.

Mansur DADAŞ, İsveç

Həmin kateqoriyadan