“Qarabağ”ın rəqibində ağır itkilər

Konfrans liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ı qəbul edəcək Kiprin “Omoniya” klubu heyətlə bağlı problemlərdən şikayətlənir.

Allsport.az xəbər verir ki, Nikosiya təmsilçisinin aparıcı futbolçularının zədəli olmaları baş məşqçi Henninq Berqi narahat edir.

ABŞ-dan olan futbolçu Miks Diskerud və vitse-kapitan Yannis Kusulosun meydana çıxmayacağı dəqiqdir. Digər oyunçu Erik Boteakın durumu isə hələlik bəlli deyil. Fransalı yarımmüdafiəçi ilə bağlı qərar oyun günü veriləcək.

Sabah Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan