- Baxış sayı: 26
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0

“Atletik Bilbao”nun və İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən oyunda zədələnib.
Allsport.az xəbər verir ki, ispaniyalı oyunçu Türkiyəni 6:0 hesabı məğlub etdikləri matçda xəsarət alıb.
23 yaşlı futbolçuya sol ayağında orta dərəcəli əzələ zədəsi diaqnozu qoyulub. Bu səbəbdən o, altı həftəyə qədər yaşıl meydanlardan kənar qala bilər. Uilyams “Alaves”, “Arsenal” və “Valensiya” ilə qarşıdakı oyunlarda oynamayacaq.
”Atletik” oktyabrın 22-də “Qarabağ”ı qəbul edəcək.