“Qarabağ”ın rəqibindən rekord

Cümə axşamı Avropa liqasının “H” qrupunun 5-ci turunda “Hakken” – “Bayer-04” oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, görüş “əczaçılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Leverkuzen təmsilçisi üçün bu qələbə cari mövsümdə qrupda 5-ci sevinci olub. Bununla da, komanda 1994/95 mövsümündə UEFA kubokunda müəyyən edilmiş öz rekordunu təkrarlayıb.

“Bayer” heç vaxt ardıcıl 5 avrokubok matçında qalib gəlməyib. Ümumilikdə Xabi Alonsonun klubu bütün yarışlarda ardıcıl 14 qələbə qazanıb.

Almaniya təmsilçisi “Qarabağ”la eyni qrupda yer alıb. Tərəflər arasında hər 2 görüş rəqibin xeyrinə başa çatıb – 5:1, 1:0.

Həmin kateqoriyadan