- Baxış sayı: 33
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 54
- Sentyabr 23, 2026
- 0

Bu gün Monako şəhərində Avropa liqasının qrupunun püşkatması olub. Allsport.az saytı xəbər verir ki, bu mərhələdə 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla, 8 yerə bölünüblər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməz.
Azərbaycan təmsilçisi “Qarabağ” ötən il olduğu kimi, 2-ci səbətdə yer alıb. “H” qrupunda rəqiblər “Bayer” (Almaniya), “Mölde” (Norveç) və “Həkken” (İsveç) olublar.