- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının 3-cü təsnifat mərhələsində BATE klubu ilə görüşünün səfər planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi sabah 19:00-da qarşılaşmanın keçiriləcəyi “Borisov arena”da oyun öncəsi son məşqinə çıxacaq.
Baş məşqçi Qurban Qurbanov yerli 18:45-də media mənsublarının suallarını cavablandıracaq. Belarus komandası ilə cavab matçı avqustun 14-də saat 21:00-da start götürəcək. İlk görüşdə rəqib Bakıda 1:0 üstün olub.