- Baxış sayı: 18
- 08 May 2024 20:07
- Baxış sayı: 154
- May 06, 2024
- 0
Konfrans liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” komandası bu gün Kiprə yollanacaq.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da Heydər Əliyev beynəlxalq hava limanından yola düşəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sentyabrın 29-da, yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda olacaq.
“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.