- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA konfrans liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Fran Yoviçə Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinçiç yerinə yetirəcək.
Dekabrın 9-da “Sent yakob park”da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər 2 kollektiv “H” qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.