“Qarabağ”ın üzvü həftənin ən yaxşısına namizəd oldu

Konfrans liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Allsport.az xəbər verir ki, bu ada iddialılardan biri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

Onunla yanaşı, “4-lüy”ə Andre Qrin (“Slovan” Bratislava, Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də düşüb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Həmin kateqoriyadan