“Qarabağ”la bağlı paylaşım

Konfrans liqasının 1/16 finalının cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel” hazırlıqlarını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, Fransa klubu rəsmi Tvitter hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən şəklini yayımlayıb:  “Qarabağ” – “Marsel” oyunu hər kəsin ağlındadır”.

Fevralın 24-də Tofiq Bəhramov adına respublika stadionunda görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu komandalar arasında Fransada ilk oyunda “Marsel” 3:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan