“”Qarabağ”la Bakıda ağır oyun, Fransa çempionatında “Bordo” ilə görüşdə təsirsiz ötüşmədi”

“Oyuna yaxşı başladıq. Hesabı açmağa müvəffəq olduq. Lakin sonradan üstünlüyü əldən verdik. Buraxılan qollarda əsas günah məndədir. Birinci və ikinci qol zamanı daha yaxşı oynaya bilərdim. Ancaq üç qolu təkcə mən yox, komanda şəklində buraxdıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözləri “Monako”nun qapıçısı Daniel Subaşiç ölkə çempionatının 13-cü turunda səfərdə “Bordo”ya uduzduqları oyundan sonra deyib. Xorvatiyalı qolkiper ötən həftə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri qarşılaşmadakı yorğunluğun da bu matça təsirsiz ötüşmədiyini bildirib:

“Məğlubiyyətə şərh vermək çətindir. Oyuna yaxşı köklənə bilmədik, həmçinin meydanda aqressiv deyildik. “Qarabağ”la oyundan sonra komandada yorğunluq var idi. Bakıya uzun səfər etdik və orada ağır oyun keçirdik. Bu da “Bordo” ilə görüşə təsirsiz ötüşmədi. Lakin bu məğlubiyyətə bəhanə olmamalıdır. “Bordo” bizdən daha yaxşı oynadı”.

Qeyd edək ki, ötən həftə Bakıda “Qarabağ”la 1:1 bərabərə qalan “Monako” Fransa 1-ci liqasında səfərdə “Bordo”ya 1:3 hesabı ilə uduzub.

Həmin kateqoriyadan